Açıq havada maska məcburiyyəti ləğv edilə bilər – Səhiyyə Nazirliyinin rəsmisi

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov "ARB 24"də yayımlanan "Nə baş verir?" verlişində danışıb.
Onun sözlərinə görə, bəzi ölkələr Hindistanla olan əlaqələri kəsir və bu ölkədən gələn vətəndaşlara 21 günlük karantin tətbiq edir: "Çünki hamı ehtiyat tədbirləri görməlidir. Bu tədbirlər heç zaman diqqətdən kənarda qalmamalıdır.
Azərbaycanda mövcud vəziyyəti nəzərə alaraq uçuşları, gediş-gəlişi, sərhədlərin açılmasının hələ iyunun 1-nə qədər qapalı olmasını nəzərə alaraq ölkəmizdə yumşaldılmanın aparılması nəzərdən keçirilə bilər. Bu, davamlı müzakirə mövzusudur. Açıq havada maskaların taxılması məsələsi əgər kütləvi toplaşma yoxdursa, bu nəzərdən keçirilir. Sonra fitnes və idman zallarının açılması məsələsi, bununla yanaşı açıq və qapalı yerərdə insanların toplaşması ilə bağlı saylar da müzakirə olunur".