Bakı ilə sərhəd məsələsini tez həll etmək istəyirik - Zalkaliani

Bakı ilə sərhəd məsələsini tez həll etmək istəyirik - Zalkaliani
Gürcüstan və Azərbaycanın sərhəd məsələsini strateji tərəfdaşlıq və hər iki ölkənin maraqlarına uyğun olaraq mümkün qədər tez həll etmək istəyi var.

Sfera.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən görüşlərdə məsələnin tez bir zamanda həllinə hazırlıq ifadə olunub və tərəflər bu istiqamətdə konkret addımlar atmaqla bağlı razılığa gəliblər.

D.Zalkaliani pandemiyanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın fəaliyyətinə mane olduğunu bildirib: "Lakin biz komissiyanın işini mümkün qədər tez bərpa etməyə hazırıq”.

XİN başçısı Azərbaycana səfər çərçivəsində müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin də nəzərdən keçirildiyini deyib:

"Biz bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. Bu il Gürcüstan GUAM-a sədrlik edir və bu təşkilat çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə mühüm layihələr var”.

D.Zalkaliani Gürcüstan baş nazirinin Azərbaycana rəsmi səfərini faydalı və məhsuldar kimi qiymətləndirib:

"Müzakirə olunan məsələlər və danışıqlar prosesi deməyə əsas verir ki, bizim əməkdaşlığımız daha da dərinləşdiriləcək və strateji tərəfdaşlıq münasibətlərimiz yeni təkan əldə edəcək”.

OXŞAR XƏBƏRLƏR

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...

Min bir dərdin dərmanı - Gündə 1 stəkan için

Şalğam suyu xüsusilə türk və Azərbaycan mətbəxində çox sevilən, tərkibi zəngin və faydalı bir içkidir.   Acılı və ya acısız növləri ilə süfrələrə rən...

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşdülər

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.   Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə “360.ru”ya məhbusla...