Netanyahu hökumət qura bilmədi - Səlahiyyət müxalifət liderinə verildi

Dünya
21:27 / 05.05.2021
6859
İsrail prezidenti Reuven Rivlin Baş nazir Benyamin Netanyahunun verilən müddətdə hökumət qura bilməməsindən sonra bu səlahiyyəti müxalifət lideri Yair Lapidə verib.
Sfera.az xəbər verir ki, bu missiya "Yesh Atid” (Gələcək vardır) partiyasının rəhbəri, 57 yaşlı Yair Lapidə həvalə edilib.
Xatırladaq ki, martın 23-də keçirilən 4-cü növbədənkənar seçkidə heç bir partiyanın hökumət qurmaq üçün 61 millət vəkili sayına çata bilməməsindən Benyamin Netanyahuya koalisiya hökuməti qurmaq tapşırılmışdı.
Əzizə Zeynal
Sfera.az