Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq

Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması üçün lisenziya tələb olunmayacaq.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Eyni zamanda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.

Qərara əsasən, həmin icazələr aşağıdakılardır:

- Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsi

- Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat

- Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən "Xüsusi fərqlənmə nişanı”

- "İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilən və ya təmir edilən gəmilər üçün lazım olan malların idxalı üzrə).

OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...