BMT: Son 5 ilin ən ciddi ərzaq böhranı yaşanır

BMT: Son 5 ilin ən ciddi ərzaq böhranı yaşanır
Ərzaq təhlükəsizliyilə bağlı kəskin vəziyyətlə üzləşən, həyatda qalmaq üçün təcili yardıma möhtac olan insanların sayı son 5 ilin ən yüksək həddinə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Ərzaq Böhranlarına qarşı Qlobal Şəbəkənin hesabatında bildirilir. Belə ki, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə münaqişələr, iqtisadi böhranlar, təbii fəlakətlər nəticəsində 55 ölkə və bölgənin azı 155 milyon sakini kəskin aclıqla üzləşib ki, bu da əvvəlki ilə nisbətən 20 milyon nəfər çoxdur. Bununla da ilk belə hesabatın açıqlandığı 2017-ci ildən bu yana dünyada ərzaq təhlükəsizliyi böhranının durmadan artması bir daha məlum olub.

Əvvəllər daha çox Afrika ölkələrində qarşıya çıxan ərzaq təhlükəsizliyi əskikliyi probleminin artıq Əfqanıstan, Suriya, Yəmən, Haiti kimi ölkələrə də sirayət etdiyi, ötən il ən kəskin ərzaq böhranı ilə üzləşən on ölkə sırasına sadalananların daxil olduğu bildirilir.

Aclıq problemini şərtləndirən başlıca amillər arasında silahlı münaqişələr, bir çox hallarda COVID-19 pandemiyasının xüsusi rol oynadığı iqtisadi sarsıntılar, habelə meteorologiya əsaslı təbii fəlakətlər qeyd olunur.

Ərzaq Böhranlarına Qarşı Qlobal Şəbəkə 2016-cı ildə FAO, Avropa İttifaqı, Dünya Ərzaq Proqramı tərəfindən ərzaq böhranlarına qarşı mübarizə üçün təsis olunub.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...