Bu gün xalçaçıların peşə bayramıdır - Azərbaycan Milli Xalça Muzeyinin direktorundan təbrik

16:50 / 05.05.2021
3830
Bu gün Azərbaycanda "Xalçaçı günü” kimi qeyd
olunur.
Sfera.az xəbər verir ki, sözügedən peşə bayramı ilə
əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçaçıları
təbrik edib:
"Artıq 5-ci ildir ki, 5 may tarixini "Xalçaçı
günü” kimi qeyd edirik. Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına
əsasən təsis olunan peşə bayramı tariximizin, mədəniyyətimizin öyrənilməsi üçün
zəngin xəzinə olan xalçalarımızı yaradan insanların əməyinə verilən dəyərdir.
Muzeyimizin Ənənəvi texnologiya şöbəsinin
istedadlı xalçaçıları onların zəhmətinə dövlət səviyyəsində göstərilən bu diqqəti
yüksək qiymətləndirir və xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma
texnikalarının dirçəldilməsi, bədii-estetik keyfiyyətləri ilə seçilən milli və
ümumbəşəri əhəmiyyətli yeni xalçaların yaradılması istiqamətində çalışırlar.
İnci
Sfera.az