Azərbaycanda daha bir milli cizgi filmi çəkildi - VİDEO

Cəmiyyət
15:17 / 05.05.2021
3271
Azərbaycanda daha bir milli cizgi filmi çəkilib.
Sfera.az bildirir ki, cizgi film UNİCEF-in maliyyəsi ilə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində hazırlanıb. "Rikinin ad günü" adlanan seriya "Nağıl bağı" verilişində yayımlanıb.
Belə ki, nağılda dovşan Riki üçün keçirilən xüsusi bir gündən bəhs edilir. Nağılın quruluşçu rejissoru Qurban Məsimov, müəllifi Xido Van Xeynektn, layihə rəhbəri isə İlahə Rəsulovadır.
Qeyd edək ki, "Nağıl bağı" verilişində uşaqlar üçün nağıllar seriyası yayımlanır.