7 000-dən çox saxta əlillik təyinatı ləğv edildi

7 000-dən çox saxta əlillik təyinatı ləğv edildi
"Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək".

Sfera.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

Onun sözlərinə görə, ümumilikdə son illərdə 7 000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib: "Nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb".

Agentlik sədri bildirib ki, hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır: "Əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır". // "Report"


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...