"Ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm” - “Space”in rəhbəri

"Bu, mənim üçün yeni sahədir. Çalışacağam ki, öhdəsindən gəlim”.
 
Sfera.az bildirir ki, bunu "Qafqazinfo”ya açıqlamasında "Space” kanalına yeni rəhbər təyin edilmiş Ülviyyə Mikayılova deyib. O, kanalın rəhbərliyinin ona həvalə edilməsini böyük etimad kimi qiymətləndirib: "Bu vəzifə həm də çox böyük məsuliyyətdir. Mən çalışacağam ki, vəzifəmin öhdəsindən gəlim. Kanalda hansı yeniliklər edəcəyim barədə danışmaq hələ tezdir. Gedib işimlə tanış olduqdan sonra bu barədə danışa bilərəm. 

Yeni sahə hamı üçün çətindir. Amma ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm”.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova eyni zamanda ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Pablo Eskobarın pilotu ilk dəfə danışdı: “Əvvəlcə təklifi rədd etmişdim”

Kolumbiyalı narkobaron Pablo Escobarın keçmiş pilotu Tirso “TJ” Dominguez, 1988-ci ildə ABŞ-də həbs olunmasından sonra ilk dəfə danışaraq Escobar üç...

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Türkiyə və Azərbaycanla əlaqələr daha da möhkəmlənir - Kobaxidze

Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli formatda inkişaf edir və daha da güclənir. Keçən il bu sıra çox mühüm işlər görülüb, bir yüksək səviyyəli va...

Vəzifəli şəxsin kürəkəni sükan arxasında vəfat etdi

Ucarda avtomobil idarə edən şəxs qəfil ürək tutmasından ölüb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Müs...

Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq

Koreya Respublikasının Prezidenti Li Çje Myon və ABŞ-dən olan həmkarı Donald Tramp telefon danışığı zamanı qolf oynamağa razılaşıblar, həmçinin hər iki siyasətç...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.   Bu barədə Sfera.az-a “Azərbaycan Dəmir Yol...