Paytaxt sakinləri ən çox bu rayonda yeyib-içir

13:53 / 05.05.2021
3832
2021-ci ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 55,5 faiz azalaraq 84,6 milyon manat olub.
Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, ictimai iaşə dövriyyəsinin 36,3 faizi Səbail rayonunun payına düşür. Nərimanov rayonunda 10,27 milyon manatlıq, Yasamalda 8,82 milyon manatlıq, Nəsimidə 8,25 milyon manatlıq iaşə dövriyyəsi olub.
Ən kiçik dövriyyə Pirallahı və Sabunçuda qeydə alınıb. Əhali yeyib-içməyə Pirallahıda 238 min manat, Sabunçuda 716 min manat xərcləyib.
Vasif
Sfera.az