Putin Tacikistan prezidenti ilə Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək

Putin Tacikistan prezidenti ilə Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Emoməli Rəhmon mayın 8-də Moskvada keçiriləcək görüşdə Tacikistanla Qırğızıstan arasındakı sərhəddə baş verən  münaqişəni müzakirə edəcəklər.

Sfera.az xəbər verir ki, Tacikistan Prezidenti həmçinin Qırmızı Meydandakı Qələbə paradında iştirak edəcək, daha sonra isə Düşənbəyə yola düşəcək.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinləri arasındakı münaqişə hərbçilər arasında silahlı qarşıdurmaya çevrilib. Sərhədçilər arasındakı toqquşma altı saatdan çox davam edib və hər iki tərəfdən təxminən 50 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. 300-dən çox ev və infrastruktur obyekti dağıdıldı və ya yandırılıb.

Aprelin 29-u, axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər, amma ertəsi gün yenidən atışma başlayıb. Aprelin 30-da, axşama yaxın növbəti atəşkəs razılaşması əldə edilib.
 
Nəticədə Tacikistan hərbçiləri mayın 1-də  Qırğızıstan ərazisini tərk edib.
 
Selcan
 

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...