Ata oğlunu 41 min manata satıb arvadı ilə tətilə çıxdı

Ata oğlunu 41 min manata satıb arvadı ilə tətilə çıxdı
Çinin şərqində yerləşən Zhejianq vilayətində 2 yaşlı oğlunu sataraq əldə etdiyi pulla ölkəni gəzən şəxs həbs edilib.
 
Sfera.az xəbər verir ki, yerli medianın yazdığına görə, Şie soyadlı şəxs həyat yoldaşından boşanarkn məhkəmə qız övladını anasının himayəsinə, oğlan övladı isə atanın himayəsinə verib. Lakin Şie başqa bir şəhərdə işlədiyi üçün oğlunu Huzhou şəhərində yaşayan qardaşının yanında qoyub.

Ötən il Şie anasının yanına aparacağı vədi ilə oğlunu özüylə götürüb. Günlər sonra ailə üzvləri uşağın anası ilə görüşdürülmədiyini anladıqdan və Şiedən xəbər çıxmadıqdan sonra polisə müraciət ediblər.

Polis Şienin öz oğlunu Çanqsu şəhərində övladı olmayan cütlüklərdən birinə satdığını aşkar edib. O, övladının verilməsi qarşılığında ailədən 158 min Çin yuəni (41 490 AZN) alıb. Övladını satan ata pulları aldıqdan sonra yeni həyat yoldaşı ilə səyahətə çıxmaq qərarına gəlib. 

Polis Şie və həyat yoldaşını saxladıqdan sonra uşağı satılan ailədən geri alıb və əmisinə təhvil verib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...