Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi AÇIQLAMA

Binadan yeniyetmənin üstünə daş parçası düşməsi ilə bağlı rəsmi AÇIQLAMA
Bakıda yeniyetmə uşağın üstünə daş parçasının düşməsi ilə bağlı araşdırma aparılır.

Səbail rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasını düşüb.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə "kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi  müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR