"Ukraynada işğala son qoymaq üçün addım atacağıq" - Litvadan Rusiyaya MESAJ

Litva prezidenti Qitanas Nauseda ölkəsinin Ukraynaya tam dəstək verdiyi bildirərək Rusiyanın Krımı ilhaq etməsini əsla tanımayacaqlarını qeyd edib.
 
Sfera.az xəbər verir ki, o, bu haqda Polşa-Litva Birliyinin qurulmasının 230-cu ildönümü münasibətilə Varşavada təşkil olunan tədbirdə danışıb.

Ukrayna, Polşa, Litva, Latviya və Estoniya prezidentlərinin iştirakı ilə keçirilən sammitdə çıxış edən Q. Nauseda "Litva heç vaxt Krımın qeyri-qanuni ilhaqını tanımayacaq və Ukraynanın şərq hissəsinin faktiki işğalına son qoymaq üçün addımlar atacaq”, - deyə bildirib.

Litva pezidenti, həmçinin Belarusdakı azadlıq mübarizəsini dəstəklədiyini və Moskvanın təsir metodlarına əsla icazə verməyəcəklərini diqqətə çatdıraraq "21-ci əsrin Avropasında müstəqil ölkələrin suverenliyini təhdid edən yeni təsir vasitələrinə yer yoxdur", - deyə əlavə edib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR