Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: "Əvvəlcədən bilmirdik..."

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı:
Xəbər verdiyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Səfir general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edib.

Bu hadisə generalın anası və bacısı tərəfindən normal qarşılanmayıb, medalın geri qaytarılması tələb olunur.

Medalın geri qaytarılma səbəbi ilə bağlı general Polad Həşimovun bacısı Arzu xanım Sfera.az-a danışıb. Şəhidin bacısı medalın təqdimatının ikitirəliliyə yol açdığını deyərək, qardaşının adının siyasi məsələlərdə hallandırılmasını əleyhinə olduğunu bildirib:

"Medal Bakıda uşaqlara, Polad Həşimovun xanımına təqdim olunub. Medalın veriləcəyini əvvəlcədən bilmirdik. Biz qəti şəkildə tələb edirik ki, medal geri qaytarılsın. Ümid edirəm hansısa tədbir görüləcək. Medalın verilməsi ölkədə ikitirəlik yaradıb. Mən qardaşımın adının siyasi məsələlərdə hallanmasını istəmirəm.
 
O sadəcə torpağı üçün vətəni üçün vuruşan qəhrəman olub. Polad Həşimov dövlətinə sədaqətlə qulluq edən insan olub. Ona İran tərəfindən hansısa medalın təqdim olunmasına qarşıyıq. Medal alınanda bizə deyilməmişdi. Medaldan imtina qərarımızı qardaşımın ailəsi mətbuat vasitəsi ilə yəqin ki, görüb. Anam da bu mövzuda mənimlə eyni fikirdədir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...