“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Sfera.az-ın xəbər verir ki, dəyişikliklə kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilməsi qaydası müəyyənləşib.

Qanuna əlavə edilən yeni 6-1-ci maddəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...

Rusiya Mədəniyyət Nazirliyindən xəbərdarlıq: Azərbaycanlılara...

Rusiya Mədəniyyət Nazirliyi nazirlik adından Teleqram kanalları tərəfindən saxta sənədlərin yayılması ilə bağlı xəbərdarlıq edib.   Sfera.az xəb...

Baş nazir imzaladı: Bu şəxslərə 6 min manat ödəniləcək

Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Q...