Bakı sakini "Lotu Quli"yə görə bıçaqlandı

Bakı sakini
Hadisə Nadir Səlifovun qətlindən iki həftə sonra baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.Həsənovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.

Qəsəbə sakini, yetkinlik yaşına çatmayan - 2003-cü il təvəllüdlü İ.Həsənov münaqişə zəminində tanımadığı şəxsi - 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.

Hadisəni törədən 17 yaşlı İ.Həsənov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İ.Həsənov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.Həsənov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.

Xatırladaq ki, İ.Həsənovun atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilib. Bakıdakı hadisə onun qətlindən iki həftə sonra baş verib. // "Report"

OXŞAR XƏBƏRLƏR

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...