Almaniya klubundan örnək addım

Almaniya klubundan örnək addım
Almaniyanın "Bavariya" klubu 2021/2022 mövsümündən kağız və plastik bilet satışını dayandıracaq.

Bu barədə Münhen təmsilçisinin maliyyə direktoru Yan-Kristian Drezen "Bayern & Germany" tvitter səhifəsinə açıqlamasında deyib.

Drezen bildirib ki, bu addım ətraf mühitin mühafizəsi, təbii qaynaqlara qənaət və CO2 (karbon dioksid) emissiyalarının azaldılması məqsədi daşıyır: "Bu amillər bilet satışında əsas yer tutduğundan, "Alyans Arena"dakı ev oyunlarımız üçün artıq çap biletləri verməməyi qərara aldıq. Plastik və kağız biletlərin istehsalını ləğv etmək təxminən 350 000 çap məktubundan imtinaya imkan verəcək. Bu isə iqlimin və təbii resursların qorunmasına dəyərli töhfədir".

"Bavariya" klubunun azarkeşləri yeni mövsümdən stadiona həm elektron, həm də kağız biletlərlə girə biləcəklər. Amma bunun üçün onlar kağız biletləri özləri çap etdirməlidirlər. // "Report"


OXŞAR XƏBƏRLƏR

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...

Kitablar yığılır - Məktəblər tez bağlanacaq?

Əksər məktəblərdə kitablar yığılıb, lakin tədris prosesi davam edir.   Belə ki, 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil...

26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu

Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.     Sfera.az&nbs...

Attestat və imtahan arasındakı uçurum: Qiymətləndirmədəki kəskin fərq nə ilə bağlıdır?

Əla attestatla məktəbi bitirən abituriyentlərin 3,95 faizinin qəbul imtahanında 200 baldan aşağı nəticə göstərməsi ictimaiyyətdə ciddi suallar doğurub. Bu nətic...

Ayrılarkən kişilər daha çox əzab çəkir - ARAŞDIRMA

Almaniyanın Humboldt Universitetində aparılan yeni araşdırma kişilərlə qadınlar arasında münasibət sonrası emosional reaksiyaların fərqliliyini üzə çıxarıb.&nbs...