Hafiz Paşayevin 80 yaşı tamam oldu - Dosye

Hafiz Paşayevin 80 yaşı tamam oldu - Dosye
Xəbər verdiyimiz kimi, ötən gün Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin 80 yaşı tamam olub.

Sfera.az xatırladır ki, rektor paralel olaraq ölkə başçısı tərəfindən təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dosye: Hafiz Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.

1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini – Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

2011-ci il mayın 2-də Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2 may 2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.

2019-cu ilin iyul ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir. Evlidir, iki övladı var.

Azərbaycanın ABŞ-dakı ilk səfiri

Hafiz Paşayev haqqında danışarkən ilk növbədə onun müstəqil Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri kimi fəaliyyəti göz önünə gəlir. Belə ki, o,  ABŞ-dakı birinci səfir kimi on üç il yarım ərzində ölkənin maraqlarını ləyaqətlə təmsil edib, mədəniyyətini amerikalılara tanıdıb. Paşayev Aərbaycanın xaricdəki diplomatik korpusunun ən uzun müddət xidmət edən səfiri olub. Bu müddət ərzində Hafiz Paşayev həmçinin Amerikanın nüfuzlu siyasi dairələrində böyük hörmət qazanıb, ehtiramla qarşılanıb. Bu hörmət və ehtiramı o, Amerikada bir alim kimi fizika sahəsində tədqiqatlar apardığı 70-ci illərdən, eyni zamanda, bir diplomat kimi, yüksək peşəkarlığı və ali dəyərlərlə yaşayan bir ziyalı kimi şəxsi keyfiyyətləri hesabına əldə edib.
 
Səmimi rektor, pedaqoq...

Əbəs yerə deyil ki, Prezident İlham Əliyev Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığı Hafiz Paşayevə verib. Hafiz Paşayev "ADA” Universitetini yaratmaqla həm də bir təhsil oazisi yaradıb. Rektor olduğu müddət boyu o, tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirilməsini başlıca vəzifəsi hesab edib. "ADA” Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış mühitdir - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkan...
 
O, hər zaman universitetdə çalışan müəllimlərin şəxsiyyətinə, elmi potensialına və mənəvi-əxlaqi keyfiyyətlərinə bir-birini tamamlayan amillər kimi eyni dərəcədə böyük əhəmiyyət verdiyini deyib: "Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünyagörüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir”. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib.

Qeyd edək ki, Hafiz Paşayev eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Şöhrət” ordeni, "Şərəf” ordeni,  2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Sfera.az olaraq Hafiz Paşayevi təbrik edir, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
 
İnci  

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...