Azərbaycan çempionatında 10 futbolçu, 1 baş məşqçi cəzalıdır

Azərbaycan çempionatında 10 futbolçu, 1 baş məşqçi cəzalıdır
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda 10 futbolçu, 1 baş məşqçi və 1 məşqçi cəza səbəbindən iştirak etməyəcək.

Seraa.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov cəzalı olduğu üçün bu gün "Keşlə"yə qarşı səfər oyununu buraxacaq. Komandanın futbolçusu Sabir Buqrin də cəzalıdır. Meydan sahiblərindən Sezar Meza Kolli də sarı vərəqə limitini doldurduğu üçün oynamayacaq.

"Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədov bu gün "Səbail"lə oyunun iştirak ərizəsində yer almayacaq. 19 yaşlı oyunçu da 4 sarı vərəqəyə görə cəzalıdır.

Son ölkə çempionu "Qarabağ"da isə İsmayıl İbrahimli eyni səbəbdən "Zirə"yə qarşı ev matçını buraxacaq.

"Sabah" klubu ilə XXV turda 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarından "Sumqayıt"a qarşı oynamayacaq. Paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də son oyunda qırmızı vərəqə görüb.

"Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.

Qeyd edək ki, bu gün "Keşlə" - "Neftçi" və "Səbail" - "Qəbələ" matçları keçiriləcək. Tura mayın 4-də "Qarabağ" - "Zirə və "Sumqayıt" - "Sabah" matçları ilə yekun vurulacaq. // "Report"


OXŞAR XƏBƏRLƏR

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Qurban bayramına az qaldığı üçün hər kəs qurbanlıqların qiyməti ilə maraqlanır.    Bəs qiymətlər vətəndaşları qane edir?    Sfer...

Şahsultan Həsənova yüksək VƏZİFƏ VERİLDİ

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.   Sfera.az “Teleqraf.az”a istinadən xəbər verir ki, bu...

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başladı

ABB-nin filial şəbəkəsinin transformasiyası layihəsinin davamı olaraq Bankın Saatlı filialı da yenilənib.   Filialın binası ABB-nin yeni brend kimli...

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün bayram tədbiri təşkil ediblər - FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bayram tədbiri keçiriblər....

Ukraynanın hücumu ABŞ-ni qorxudub - Çin gəmiləri təhlükə mənbəyi ola bilərmi?

Ukraynanın Rusiya şəhərinə həyata keçirdiyi uzun məsafəli PUA (pilotsuz uçuş aparatı) hücumu ABŞ-də ciddi narahatlığa səbəb olub. Hücum, Rusiya hava hücumundan ...

Bıçaqlanan Araz Musayevdən yeni paylaşım: "Vəziyyətim ağırlaşıb!"

Mayın 28-də  Türkiyənin   Antalya  şəhərində  bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən...