Fransada "sarı jiletlilər"in aksiyası başladı

Dünya
16:00 / 01.05.2021
2975
Fransada 1 may Əmək günü münasibətilə "sarı jiletlilər"in aksiyaları başlayıb.
Sfera.az bildirir ki, aksiyalar paytaxt Parisdə və ölkənin digər şəhərlərində keçiriləcək.
Ümumilikdə 300 aksiyada 100 minədək şəxsin iştirakı gözlənilir. Aksiyaların keçirildiyi bölgələrə çoxlu sayda polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, Fransada "sarı jiletlilər" aksiyaları 2018-ci ilin noyabrından başlayıb. Bu aksiyalar toqquşmalarla müşayiət olunub.