FETÖ-ya qarşı genişmiqyaslı əməliyyat keçirilir

Dünya
19:40 / 30.04.2021
3035
Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat başlayıb.
Sfera.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən ölkənin 48 vilayətində paralel keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqədə olmaqda şübhəli bilinən 166 üzvünün saxlanılmasına qərar verilib. Ələ keçirilən 139 hərbçidən dördü baş leytenant olmaqla, 18 nəfər həbs edilib. Hazırda daha 27 nəfərin axtarışları davam edir.
Eyni istiqamətdə İzmir vilayətində keçirilən əməliyyatlarda saxlanılan 221 hərbçidən də 127-si həbs olunub.