Qorxmaz Hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi

Qorxmaz Hüseynovun kürəkəni sərxoş vəziyyətdə qəza törətdi
"Azərsu" ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.

Sfera.az xəbər verir ki, hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.

Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.

Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. // Musavat.com

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...