Lavrov Azərbaycana hansı məsələləri müzakirə etməyə gəlir? - Eks-nazirin şərhi

Lavrov Azərbaycana hansı məsələləri müzakirə etməyə gəlir? - Eks-nazirin şərhi
"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri zamanı ancaq ikinci dərəcəli mövzular müzakirə oluna bilər”.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, nazirin bu səfərində əsas mövzular müzakirə predmeti ola bilməz:

"Lavrovun Azərbaycana səfəri ilə bağlı indidən nəsə demək çətindir. Bəlkə hansısa ikitərəfli münasibətlərin müzakirəsi gözlənilir. Bəlkə də Qarabağda olan vəziyyət və ona bənzər mövzular da müzakurə olunacaq. Bu görüşdə əsas mövzuların müzakirəsini gözləmirəm. Çünki dövlət başçıları bir-biri ilə təmasdadırlar. Yəni, Qarabağla bağlı böyük məsələlər onların arasında müzakirə olunur”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda səfərdə olacaq. // "Qaynarinfo"

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Ədliyyə Nazirliyindən şikayət: "Fərid Əhmədov icra orqanlarını sifarişlə işlədir"

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.    Sfera.az xəbər verir ki, niderlandlı müdafiəçi...

Makron: "İrəliləyiş yoxdur"

Fransa Prezidenti Emmanuel Makron Ukrayna-Rusiya münaqişəsinin nizamlanmasına dair aparılan diplomatik cəhdlərdə irəliləyiş olmadığını bildirib.   Sf...