39 yaşlı qadın ən təhlükəli iki mutasiyaya birdən yoluxdu - Çin yenidən təşviş içində

Dünya
10:50 / 30.04.2021
1452
Çində COVİD-19-un hər iki mutasiyasına yoluxan şəxs müəyyən edilib.
Sfera.az-ın məlumatına görə, Honq Konqda yaşayan həmin şəxsdə yeni tip koronavirusun həm Cənubi Afrika, həm də Braziliyada aşkarlanan mutasiyalarının ikisinə də rast gəlinib.
Yoluxan şəxsin 39 yaşlı flippinli qadın və immiqrant olduğu bildirilib. Dayəlik edən qadın test verdikdən sonar dərhal karantinə alınıb. Məlumata görə, o, 2019-cu ildə işləmək üçün Flippindən Honq Konqa gəlib və o zamandan xaricə heç bir səfəri olmayıb.
Qeyd edilib ki, qadının dayəlik etdiyi 10 aylıq uşağın da test nəticələri pozitiv çıxıb.
Türkan
Sfera.az