Bakı aeroportunda insident

Bakı aeroportunda insident

Bu gün Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb.

Sfera.az azvision.az-a istinadən bildirir ki, təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt gözlənilmədən hərəkət dayandırılıb. Daha sonra bütün sərnişinlər təyyarədən çıxarılıb.

Onlara təyyarədən niyə çıxarılmaları ilə bağlı heç bir açıqlama verilməyib.

"AZAL"ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli faktı təsdiqləyib. Bildirib ki, sərnişinlərdən birinin yaxın qohumu dünyasını dəyişdiyindən həmin şəxs İstanbula getməkdən imtina edib. Bu səbəbdən Bakı-İstanbul reysi bir qədər gecikib: "Təyyarə uçuşa hazırlaşan zaman sərnişinlərdən biri getməkdən imtina edib. Qaydalara uyğun olaraq həmin sərnişinin yükü geri qaytarılıb. Bununla əlaqədar olaraq sərnişinlər təyyarədən çıxarılıb. Ən qısa zamanda hərəkət bərpa olunub. Heç bir problem qeydə alınmayıb".


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...