Almaniyada rekord: Bir gündə 1,1 milyon insan peyvəndləndi

Dünya
21:37 / 29.04.2021
1978
Almaniyada bir gün ərzində 1,1 milyon insana koronavirus əleyhinə peyvənd vurulmaqla rekorda imza atılıb.
Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan deyib.
Onun sözlərinə görə, sutka ərzində ölkə əhalisinin 1 faizindən çox vaksinlənib:
"Bu qədər sürətli olduğumuzu deyə bilərəm. Hələ ki, bu, kütləvi immunitetin qazanılması üçün kifayət deyil. Lakin hər peyvənd qorunmanı təmin edir”.
(Axar.az)