Koronavirusa inanmayanlar həbs olunacaq – Almaniyadan gözlənilməz QƏRAR

Dünya
16:57 / 29.04.2021
1508
Almaniyada koronavirusa inanmayanlar həbs olunacaq.
Sfera.az xəbər verir ki, Almaniya Kəşfiyyat Xidməti son zamanlar koronavirusu inkar edən qruplara qarşı aktiv hərəkətə keçib.
Xidmət tərəfindən açıqlanan məlumata görə, pandemiyanın mövcudluğunu inkar edən, karantin qaydalarını pozan şəxslər bundan sonra nəzarətə götürüləcək.
Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə qruplaşmanın hücumlarından danışılıb:
"Parlament virusun yayıldığı gündən bu yana görülən tədbirlərdən dolayı hücuma məruz qalır. Belə düşünürük ki, bu hücumlar virusu inkar edən şəxslər tərəfindən həyata keçirilir".
Qeyd edək ki, son 24 saatda sözügedən xəstəlik səbəbilə Almaniyada 264 nəfər, ümumilikdə isə 82544 nəfər ölüb.
İnci
Sfera.az