Bu televizorlarda casus proqramları quraşdırılıb - DÖVLƏT XİDMƏTİ AÇIQLADI

Maraqlı
16:10 / 29.04.2021
2954
"Skyworth” markalı televizorlarınısahibləri casus proqramları aşkar edib.
Bu barədə Sfera.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi "Gozen Data” proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqram Wi-Fi-ya qoşulmuş IP ünvanlarını, MAC ünvanlarını və cihazların adlarını toplayaraq gz-data.com platformasına ötürür.
"Skyworth”un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil, yalnız və yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər.