Ərdoğan Baydenin “soyqırım” ifadəsinə niyə yumşaq reaksiya verdi? - Açıqlama

14:39 / 29.04.2021
1745
"Türkiyə prezidentilə ABŞ prezidenti arasında
məhz "soyqırım” ifadəsinin işlədilməsilə bağlı telefon danışığı olub. Güman ki,
həmin telefon danışığında ABŞ prezidenti özünün bu ifadəni işlətmək zərurəti və
səbəblərini Ərdoğana izah etməyə çalışıb.
Böyük ehtimalla həmin telefon söhbətində sözügedən ifadənin Türkiyə ilə
ABŞ arasında ikitərəfli münasibətlərə xələl gətirməyəcəyi öhdəliyi də olub”.
Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə
lideri Ərdoğanın məsələyə gözlənilənin əksinə olaraq, yumşaq reaksiya göstərməsinə aydınlıq gətirərkən politoloq Nəsimi
Məmmədli deyib:
"ABŞ və ya başqa dövlətin 106 il öncə baş
vermiş olayı "soyqırım” kimi tanıması bugünki Türkiyə üçün hər hansı bir
hüquqi, mənəvi və siyasi öhdəlik yaratmır. ABŞ-da gəlmələr 200-dən çox yerli tayfanı ümumiyyətlə yer
üzündən silib. Buna görə mövcud dövlətlərin qınanılması, hədəfə gətirilməsi
reallıqdan çox uzaqdır”.
Həmsöhbətimiz düşünür ki, ABŞ-ın bu davranışı əslində
erməni cəmiyyətini sakitləşdirmək, könlünü almaq, seçki öncəsi Paşinyan
iqtidarına dəstək vermək üçün atılan addımdır.
Elçin