Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv edəcək

Dünya
14:02 / 29.04.2021
1623
ABŞ Prezidenti Cozef Bayden İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, C.Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Nəticədə İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəsini bərpa edə biləcək.
Həmçinin, bildirilir ki, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altındakı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfəri zamanı da nüvə məsələsi müzakirə ediləcək. Belə ki, amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.
Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı bir çox sanksiyalar qoyulub.
Ülvi
Sfera.az