Azərbaycanda dollar almaq daha da çətinləşdi

Azərbaycanda dollar almaq daha da çətinləşdi
Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq.

Sfera.az marja-ya istinadən bildirir ki, hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq. Dollar almaq üçün gəlirlər haqqında sənədlər (ev alqı-satqısı müqaviləsi, avtomobil satışının sənədləri və digər rəsmi gəlir sənədləri) təqdim edilməlidir. Təqdim edilən sənədlər Mərkəzi Banka göndərilir, qərar müsbət olarsa? bank tərəfindən xarici valyuta satıla bilər. Həmçinin, əlavə məlumat almaq üçün Mərkəzi Banka müraciət etmək məsləhətdir.

Mərkəzi Bankın qaynar xəttinə müraciət edən vətəndaşlara bildirilir ki, xarici valyutanın alqı-satqısının məhdudlaşdırılması ilə bağlı Mərkəzi Bankın hər hansı bir rəsmi qərarı yoxdur. Xarici valyutanın satılmaması ilə bağlı qərar banklar tərəfindən qəbul edilir, qərardan narazı olan hər bir vətəndaş Mərkəzi Banka yazılı formada müraciət edə bilər.

"Mərkəzi Bank tərəfindən limit ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur. Vətəndaş zəruri sənədləri təqdim etməklə valyuta mübadiləsini həyata keçirə bilər. Əgər sizə imtina olunubsa, yazılı formada Mərkəzi Banka müraciət edin, araşdırılma aparılsın və sizə rəsmi cavab verilsin”, - Mərkəzi Bankın qaynar xəttindən vətəndaşlardan birinin müraciətinə cavab olaraq bildirilib.

Banklardan isə qeyri-rəsmi şəkildə vətəndaşlara bildirilir ki, məhdudiyyət bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb, məqsəd ölkədə dollar satışını minimuma endirməkdir.

Qısası, 2020-ci ilin əvvəlindən bu yana Azərbaycanda banklardan 11 min 750 dollar almış vətəndaş qeyri-müəyyən müddətədək şəxsiyyət vəsiqəsini təqdim edərək ABŞ valyutası ala bilməyəcək. Dollar almaq istəyən vətəndaş banka gəlirlər haqqında sənədlər təqdim etməlidir. Bu sənədləri təqdim edə bilməyənlər ABŞ valyutası əldə edə bilməyəcəklər.

Təəssüf doğuran budur ki, banklarda vətəndaşa bir rəsmi qərar təqdim edilmir. 

Məlumata görə, Mərkəzi Banka sənədlər ilə müraciət edən vətəndaşlara da adətən imtina cavabı verilir. Belə ki, gəlirləri və vergi ödədiyi barədə bank hesabından çıxarış sənədi təqdim edən vətəndaşa xarici valyuta satışından imtina olunur. Guya bu tədbirlər ölkədə çirkli pulların yuyulmasının qarşısının almasına xidmət edir.

Fakt budur ki, ölkədə xarici valyuta satışının məhdudlaşdırılmasına qarşı tədbirlər qeyri-peşəkar aparılır. Mərkəzi Bankın məhdudiyyətləri "qara bazar”ın yaranmasına səbəb olub. Azərbaycanda bir çox ünvanda, o cümlədən iri ticarət mərkəzlərində xarici valyutanın qanunsuz alqı-satqısı ilə məşğul olanların sayı artır. Bu şəxslərdən istənilən məbləğdə ABŞ valyutası almaq mümkündür. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 11 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazir...