“İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı torpaqları indidən paylanmalıdır” - Ekspert

“İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı torpaqları indidən paylanmalıdır” - Ekspert
"İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar əhalinin məskunlaşmasından sonra hökmən kənd sakinləri arasında bölünməlidir”. 

Bunu Sfera.az saytına açıqlamasında aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirib. İşğaldan azad edilən ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi salahiyyətinin müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsini şərh edən Q.Bayramlı qeyd etdi ki, pay torpaqlarının bölgüsü ədalətli və şəffaf olmalı, burada, digər rayonlarda torpaqların bölgüsü zamanı yol verilən səhvlər təkrarlanmamalıdır: 

"Torpaqların bölgüsü ədalətli olmalıdır. Başqa rayonlarda yol verilən səhvləri burada etmək olmaz. Topraqların bəziləri məhsuldar, az məhsuldar, bəziləri isə çox məhsuldardır. Eyni zamanda, torpaqlar bölünən zaman yaxın yerlərdən paylanmalıdır”.  

Ekspert söylədi ki, kənd sakinlərinə pay torpaqlarının verilməsi onların məşğulluğuna imkan yaradacaq, iqtisadi fəaliyyətinə kömək olacaq və əhalinin gəlir səviyyəsini yüksəldəcək: 

"İşğaldan azad edilən ərazilərdə yaşamış insanlar yaxşı bilir ki, burada hansı məhsulları yetişdirmək daha əlverişlidir. 

Pay torpağı kimi torpaqlar paylandıqdan sonra artıq qalan sahələr icarəyə verilməlidir. İcarəyə verilən zaman da ilk növbədə yerli ahaliyə təklif edilməlidir. 
Amma torpaqların bölünməsi ilə məsələ yekunlaşmamalıdır. Torpaq sahiblərinə dəstək verilməli, müasir təcrübə çatdırılmalıdır. Texnika və gübrələrlə təchizat da yaxşı olmalıdır”. 

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, torpaqlardan istifadənin Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi torpaq islahatlarının uzanacağının xəbərçisidir: 

"Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ondan xəbər verir ki, torpaqların paylanması prosesi uzanacaq. Çünki işğaldan azad edilən ərazilərin çox hissəsi minalanıb və onların minalardan təmizlənməsi çox vaxt aparacaq. Əhali nə qədər tez öz dədə-baba yurdlarına qayıtsa, bir o qədər tez kənd təsərrüfatı məhsullarının istehsalı arta, ərzaq təhlükəsizliyinə töhfə daha tez hiss edilər. 
Əhali əraziyə qayıtmadan da torpaq islahatı həyata keçirib, torpaqlar paylana bilər. Ərazilərin, torpaqların xəritəsi var. Dəqiqliklə ölçü aparılıb, hansı ərazidə nə qədər kənd təsərrüfatı təyinatlı torpağın olduğu müəyyənləşdirilib. Əraziyə qayıtmadan, püşk atmaqla torpaq bölgüsü aparıla bilər və ərazilər minadan təmizləndikcə, kənd əhalisini yavaş-yavaş yerləşdirmək olar”. 

V.Məhərrəmov hesab edir ki, icarəyə veriləcək torpaqlar gələcəkdə pay torpağı kimi paylanmayacaq: 

"Ehtimal etmək olar ki, icarəyə veriləcək torpaqlar əhali məskunlaşdıqdan sonra paylanmayacaq. Böyük ehtimalla çox məhsuldar torpaqlar icarəyə götürüləcək və uzun müddət istifadədə qalacaq”. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Cahid Şahbazova cinayət işi açıldı" - FOTO

Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirtdiyini deyib.      ...

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...