Təhlükə: 4-cü dalğa gəlir - Karantin sərtləşdirilməlidir

Təhlükə: 4-cü dalğa gəlir - Karantin sərtləşdirilməlidir
"Azərbaycanda əhalinin 14 faizinin vaksin olunması yumşaldılmaların tətbiqi üçün kifayət deyil. Qapanmalar yəqin ki, davam edəcək. İndi ikili mutasiyaya məruz qalan Hindistan ştammı yayılıb, bu ştamm kifayət qədər yoluxucudur və xeyli insan da yoluxub. Hindistanda gündə 3000-ə yaxın ölüm halı qeydə alınır və bu da təhlükəli vəziyyətdir. Bununla bağlı karantin qaydaları nəinki yumşaldılmalı, əksinə, sərtləşdirilməlidir".

Sfera.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
 
O bildirib ki, koronavirusa yoluxanların sayındakı azalma bizi qətiyyən sakitləşdirməməlidir:

"İkiqat mutasiyaya məruz qalan B.1.617 və B.1.618 ştammları yayılıb və bunlar həddən artıq təhlükəlidir. Bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistandaki gündəlik ölüm sayının bu həddə çatması bizi çox narahat edir. Bu onu göstərir ki, pandemiyanın yaxın zamanlarda bitmək ehtimalı yoxdur. Karantin qaydalarına ciddi riayət etməyə davam etməliyik”.

OXŞAR XƏBƏRLƏR

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...