Dırnaqlarda göbələyin XALQ TƏBABƏTİ vasitələri ilə müalicəsi

Dırnaqlarda göbələyin XALQ TƏBABƏTİ vasitələri ilə müalicəsi

Bu çox yayılmış problemdir. Göbələyin təsirindən dırnaqlar qalınlaşır, ovulur, saralır, dəri qaşınır, ayaqlardan pis qoxu gəlir. Bu da, təbii ki, ciddi kosmetoloji qüsur yaradır.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, dırnaqda göbələyi müalicə etmək üçün daxilə həkim təyin etdiyi xüsusi göbələk əleyhinə preparatları qəbul etmək lazımdır. Yalnız bu halda göbələk infeksiyasından yaxa qurtarmaq mümkün olacaq. Bu bütün dünyada təsdiq olunmuş müalicə metodudur. Bununla yanaşı köməkçi vasitə kimi xalq təbabəti vasitələrdən istifadə edə bilərsiniz.

Bu vasitələr arasında:
- Yod məhlulu
Bu vasitə göbələklə mübarizədə çox yaxşı kömək edir. 2 həftə ərzində səhər və axşam zədələnmiş dırnağa yod çəkin. Ayaqlar təmiz və quru olmalıdır.
- Sarımsaq
Sarımsaq tanınmış göbələk əleyhinə vasitədir. Axşam yatmazdan əvvəl ayaqları yaxşı yuyun, qurulayın və zədələnmiş dırnağa əzilmiş sarımsaq dilimi qoyub sarıyın. Bu sarığı səhərə qədər saxlamaq lazımdır.
- Propolis
Kiçik ölçüdə propolis tikəsi sütrgəcdən keçirilir. 1 x.q. propolisin üzərinə 1 stəkan araq tökün və 1 həftə sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq vasitəni qarışdırmaq lazımdır).  Sonra məhlulu süzün və gündə 2 dəfə zədələnmiş dırnağın üzərinə çəkin.
- Alma sirkəsi ilə vannalar
1/3 stəkan təbii alma sirkəsinin üzərinə 2 stəkan isti su əlavə edin və ayaq vannaları edin. Belə vannalar ayaqların həddindən artıq tərləməsini, ayaq qoxusunu aradan qaldırır.
- Soda ilə ayaq vannaları
1 x.q. soda 1/2 l suya əlavə olunur. Səhər və axşam vannalar edin.
- Dəmrovotu dəmləməsi, şirəsi, yağı (apteklərdə satılır)
Dəmrovotu bir çox dəri problemlərinin çarəsidir. Müalicə zamanı dəmrovotu şirəsi, yağı və dəmrovotu dəmləməsi istifadə olunur. 1 x.q. dəmrovotu 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və vannalar üçün istifadə olunur.
- Qıtığotu kökü (rus dilində "xren")
Qıtığotu kökünün kiçik hissəsi sürtgəcdən keçirilir, zədələnmiş dırnağa qoyulur, bintlə bərkidilir. Bunu 2 həftə ərzində edin.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...