Bu ölkələr əhali sayından dəfələrlə artıq peyvənd sifariş edib – Yeni dalğaya hazırlıq, yoxsa...

Bu ölkələr əhali sayından dəfələrlə artıq peyvənd sifariş edib – Yeni dalğaya hazırlıq, yoxsa...
Koronavirusla mübarizə çərçivəsində bir sıra ölkələr özlərinə lazım olduğundan dəfələrlə artıq peyvənd sifarişi verib. 
 
ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı(Aİ) ölkələri və İsrail yaxın iki il üçün əhali sayından 2-3 dəfə artıq vaksin sifariş ediblər. Məsələn, bu günə qədər yarım milyarda qədər əhalisi olan Aİ 500 milyon doza alıb, ilin sonuna doğru daha 500 milyon alacaq. Bu azmış kimi, Aİ 2022-2023-cü illər üçün daha 1,8 milyard doza vaksin almaqla bağlı müqavilə imzalayıb.

Maraqlıdır, adı çəkilən ölkələrin əhalisinin sayından artıq vaksin sifariş etməsi nəylə bağlıdır?

Mövzuyla bağlı Sfera.az-a danışan tibb elmləri doktoru, infeksionist Vüqar Cavabzadənin sözlərinə görə, bəzi ölkələrin artıq vaksin sifariş etməsi ədalətli deyil: "Görünən odur ki, bəzi ölkələr normadan 5-6 dəfə artıq vaksin alır, bir sıra digər ölkələrdə isə bir nəfər də olsa peyvənd oluna bilmir. Bu isə ədalətsiz yanaşmadır”.

Həmsöhbətimizin fikrincə, bu yolla əl atan ölkələrin məqsədi  prosesdən qazanc əldə etmək ola bilər: "0la bilər, dozadan artıq vaksin alan ölkələr bununla həm də qazanc əldə etməyi düşünür. Onlar vaksini üçüncü ölkəyə satmaqla pandemiya dövründə itirdikləri gəlirlərin bir hissəsini bu yolla kompensasiya etmək istəyirlər. Burada məqsəd vaksin almaqda çətinlik çəkən digər ölkələri həm də özlərindən asılı vəziyyətə salmaqdır”. 
 
İnfeksionistin digər ehtimalına görə isə dozadan artıq vaksin sifariş etmək həm də ehtiyat tədbiri kimi nəzərdən keçirilə bilər: "Fikirləşirlər ki, pandemiya hələ uzun müddət davam edəcək.  Odur ki, 6 aydan sonra təkrar vaksinasiyaya ehtiyac yarana bilər. Ona görə də indidən alıb, yığırlar. Lakin bu ölkələr fikirləşməsin ki, yalnız öz vətəndaşlarını xilas etməklə dünyanı virusdan xilas edə biləcəklər. Ümumbəşəri problemə qarşı  hamı birlikdə mübarizə aparmalıdır”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...