Ukrayna Belarus ərazisindən vurulacaq – Kiyevdən yeni ittiham

11:15 / 26.04.2021
1208
Ukrayna Rusiyanı Belarusdan hücum etmək istəyində
günahlandırıb.
Sfera.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik
və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Danilyuk hakimiyyəti Rusiyanın təhdidi
qarşısında ayıq-sayıq olmağa çağırıb və Rusiyanı Belarus ərazisindən Ukraynaya hücum etmək istəyində
günahlandırıb.
Onun sözlərinə görə, Moskvanın Silahlı Qüvvələri
ölkənin cənub-qərb bölgələrindən çıxarmasına baxmayaraq, Kiyevə diplomatik
yollarla təzyiq göstərməyə davam edəcək və respublika sərhədlərində möhkəmlənmək
üçün yeni yollar axtaracaq.
"Növbəti addım yəqin ki, Belarusda olacaq. Rus
ordusunun şimal sərhədlərinə daxil olması vəziyyətimizidaha da qəzlizləşdirəcək”,-
deyə Danilyuk bildirib.
Danilyuk vurğulayıb ki, ölkələr arasındakı
qarşıdurmanın kəskinləşməsi hələ də bitməyib və Rusiya bölgəni "ələ keçirmək"
planlarından əl çəkməyib.
"Biz aysberqun yalnız təpəsini, hadisələrin
zahiri təzahürlərini görürük",- deyə
keçmiş katib əlavə edib.
Bundan əvvəl Rusiya Müdafiə naziri Sergey
Şoyqu Cənub və Qərb hərbi dairələri qoşunlarının daimi yerləşdirmə məntəqələrinə
aparılmasını əmr edərək, onların
yoxlanmasını tamamlamağa qərar verib. Onun sözlərinə görə, təlimlərdə
iştirak edən hərbçilər və hərbi texnika 23 apreldə daimi bazalarına qayıtmağa
başlayıb.
Selcan
Sfera.az
Mənbə: Lenta.ru