Böyük Britaniya Şimali Kipri müstəqil dövlət olaraq tanıya bilər - Rəsmilər bir araya gəlir...

Dünya
10:56 / 26.04.2021
1320
Kiprin yunan və türk tərəfləri BMT-nin 5+ formatında bir araya gələcək.
Sfera.az xəbər verir ki, tərəflərin 27-29 apreldə BMT rəhbərliyində və zamin ölkələr Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə bir araya gəlməsi gözlənilir.
Bu həftə İsveçrənin Cenevrə şəhərində keçiriləcək qeyri-rəsmi Kipr danışıqları başlamazdan əvvəl Britaniya mediasında maraqlı iddia ortaya atılıb.
Belə ki, "British Sunday Express” qəzetinin yazdığına görə, böyük britaniyalı nazirlər Şimali Kipri müstəqil ölkə olaraq tanımağı planlaşdırırlar.
Hökumətə yaxın mənbələrə əsaslanan "British Sunday Express”in hesabatında "İngiltərə Şimali Kipri rəsmi olaraq müstəqil ölkə olaraq tanımağı düşünür" başlığından istifadə edilib.
Qəzetin xəbərində Şimali Kipr tanınarsa, iki ölkə arasında birbaşa uçuşların başlaya biləcəyi və bu vəziyyətin bölgədə 300 min kiprli türk və minlərlə Britaniya vətəndaşına bir çox sahədə rahatlıq təmin edə biləcəyi vurğulanıb.
"Brexit” danışıqlarında Şimali Kiprdə yaşayan Böyük Britaniya vətəndaşlarının cənuba keçdikləri təqdirdə həbs və cərimə ilə təhdid edildikləri və bunun qərar vermə faktoru ola biləcəyi bildirilib.
Əzizə Zeynal
Sfera.az