Koronaviruslu xəstələrin qaldığı xəstəxana PARTLADI: Xeyli sayda ölən var

Dünya
10:31 / 25.04.2021
4134
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.
Trend-in "Baghdad Al Youm" portalına istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində azı 28 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.