Vaşinqtonda azərbaycanlılar və türklər etiraz aksiyası keçirib - FOTOLAR

Vaşinqtonda azərbaycanlılar və türklər etiraz aksiyası keçirib - FOTOLAR
Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma "erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.

Sfera.az AzərTAc-a istinadən xəbər verir ki, nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində "soyqırımı” sözünü işlədib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.

Türk, mesxeti türkü və Azərbaycan icmalarının nümayəndələri küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı keçirtdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər. Türk və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...