Gürcüstan parlamentinin sədri istefa verdi

Gürcüstan parlamentinin sədri istefa verdi
Gürcüstanın bu gün istefa vermiş parlament sədri Arçil Talakvadze vitse-spiker vəzifəsini tutacaq.

Sfera.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, A.Talakvadze hakim komandanın liderlərindən biri kimi aktiv siyasi fəaliyyətini vitse-spiker vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, A.Talakvadze spiker postunu 2019-cu ilin iyunundan tutub. O, ötən ilin dekabrında parlament seçkilərindən sonra yenidən bu vəzifəyə seçilib.
 
(report)

OXŞAR XƏBƏRLƏR