Ən böyük şəhərlər arasındakı kəskin fərq - Azərbaycanın sənaye istehsalı problemi

Ən böyük şəhərlər arasındakı kəskin fərq - Azərbaycanın sənaye istehsalı problemi
Azərbaycanda sənaye məhsullarının istehsalında regional natarazlıq mövcuddur. Məhsulların böyük hissəsi ölkə əhalisinin 30 faizinin cəmləşdiyi bir regionda istehsal edilir ki, bu da sənayenin, iqtisadiyyatın tarazlı inkişafının qarşısını alır. 

Sfera.az bildirir ki, rəsmi məlumatlara əsasən, 2021-ci ilin birinci rübündə ölkəmizdə təxminən 11 milyard manatlıq sənaye malları və xidmətləri istehsal edilib. Bu qədər istehsalın 7 milyard manatı mədənçıxarma, 3,22 milyard manatı emal, 683,5 milyon manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, 83,5 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinə aid sahələrdə yaradılıb. 

Rəsmi məlumatlar göstərir ki, sənaye məhsullarının 9,65 milyard manatlıq hisssi, yəni 87,7 faizi Abşeron regionunda istehsal edilib. Qalan 12,3 faizlik hissə (1,35 milyard manat) digər şəhər və rayonların payına düşüb. 

Əhalinin sayı nəzərə alınarsa, birinci rübdə Abşeron regionunda adambaşına  3371 manatlıq, digər regionlar üzrə 186  manatlıq sənaye məhsulu istehsal olunub. 

Şəhər və rayonlar üzrə götürdükdə, adambaşına ən çox sənaye məhsulu Bakıda istehsal edilir. Burada birinci rübdə adambaşına 3 836 manatlıq sənaye məhsulu istehsal edilib. Bakıda adambaşına düşən istehsalın bu qədər yüksək olmasının səbəbi sənaye istehsalının 80,25 faizinin paytaxtın payına düşməsidir. 

Sumqayıtda da adambaşına düşən sənaye istehsalı yüksəkdir. Ölkəmizin ikinci ən böyük şəhərində adambaşına 2000 manatlıq istehsal həyata keçirilib. İkinci ən böyük şəhərdə sənaye istehsalının dəyəri 700 milyon manata yaxın olub. 
Abşeron rayonunda adambaşına istehsalın dəyəri 570 manat olub ki, bu da kənar regionlardakı göstəricilərin əksəriyyətindən yaxşıdır. 

Azərbaycanın üçüncü ən böyük şəhəri olan Gəncədə sənaye istehsalı zəifdir. Əhalisi 336 min nəfər olan şəhərdə birinci rübdə sənaye istehsalı 118 milyon manat olub ki, bunun da adambaşına düşən hissəsi 351 manat təşkil edib. 

Sənaye istehsalı yüksək olan yaşayış məntəqələri arasında Şirvan və Mingəçevir şəhərləri də var. Şirvanda 114 milyon manatlıq (adambaşına 1295 manat), Mingəçevirdə 101,5 milyon manatlıq (adambaşına 957 manat) sənaye məhsulu istehsal edilib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Cahid Şahbazova cinayət işi açıldı" - FOTO

Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz göz əməliyyatı keçirtdiyini deyib.      ...

DİM-də 2024-cü illə bağlı müzakirələr təşkil olunub

Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin e...

"Gözəl danışır, sonra insanları bombalayır" - Tramp Putinə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putindən məyus olduğunu bildirib və onun sözünün üstündə durmadığına işarə edib.   S...

Azərbaycanın ornitoloji turizm imkanları Birləşmiş Krallıqda təqdim olundu

Azərbaycanın ornitoloji turizm imkanları 11-14 iyul tarixlərində Birləşmiş Krallığın Rutland şəhərində keçirilən "Global Bird Fair” beynəlxalq quş mü...

Günorta saatlarında bu şəxslər çölə çıxmasın - XƏBƏRDARLIQ

Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.   Boks Federasiyasından Sfera.az-a verilən məlumata görə, 75 kiloqram ç...