Makrona xəbərdarlıq: Vətəndaş müharibəsi çıxa bilər!

Dünya
11:03 / 24.04.2021
1371
Fransada 20 general, 100 zabit və 1000-dən çox əsgərin imzaladığı məktub ölkənin ifrat sağçı veb-saytı "Valeurs Actuelles”də yayımlanıb.
Sfera.az xəbər verir ki, məktubda vətənpərvərliyi qorumaq üçün hökumətə çağırış edilib və prezident Emmanuel Makrona xaosu dərhal dayandırmaq tələbi qoyulub.
Mətndə qeyd olunub ki, əgər bu addımlar atılmasa, Fransada vətəndaş müharibəsi çıxa bilər.
Fransanın çoxsaylı təhdidlər altında olduğu iddia edilən məktubda irqçilik və ayrımçılığın ölkəni xaosa sürükləyə biləcəyi, polislərin səlahiyyətlilər tərəfindən nümayişlərdə maşa olaraq istifadə edilməsinin baş verən xaos nəticəsində minlərlə insanın ölümünə səbəb olacağı iddia edilib:
"Artıq işi ləngitməyə vaxt yoxdur, əks halda bu böyüyən xaos sabah daxili müharibəyə gətirib çıxaracaq və məsuliyyət daşıyacağınız minlərlə ölüm halı baş verəcək”, - deyə Makrona bildirilib.
Əzizə Zeynal
Sfera.az