Putin ABŞ-a qarşı qərar İMZALADI

Dünya
10:59 / 24.04.2021
1316
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin "dostca olmayan" addımlarına qarşı tədbirlərin görülməsi barədə qərar imzalayıb.
Sfera.az xəbər verir ki, Kreml Sarayının saytında yayımlanan qərara əsasən Rusiyaya qarşı "dostca olmayan" hərəkətlər edən ABŞ-a və digər xarici ölkələrə qarşı tədbirlər açıqlanıb.
Qərara görə ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün bu kimi ölkələrin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və dövlət qurumlarının Rusiyada real şəxslərlə əmək müqaviləsi bağlamaları məhdudlaşdırılacaq və lazım gəldikdə qadağan ediləcək.
Rusiya hökuməti "dostca olmayan" hərəkətlər edən ölkələrin siyahısını Rusiyada müqavilə bağlaya biləcək real şəxslərin sayını və tədbirlərin müddətini müəyyənləşdirəcək.
Sözügedən məhdudiyyət bu kimi ölkələrdən Rusiyaya gələn diplomatik missiya nümayəndələrinə şamil olunmayacaq.
Əzizə Zeynal
Sfera.az