İlham Həbibullayev: “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər”

İqtisadiyyat
15:51 / 23.04.2021
2072
Azərbaycan
Beynəlxalq Bankında transformasiya prosesləri
davam edir. Ardıcıl layihələrlə Bank
özünü müasir dövrün çağırışlarına uyğunlaşdırır. Yenilənmə
prosesi filial şəbəkəsinə də aiddir. Bankın İdarə Heyəti sədrinin
birinci müavini İlham Həbibullayevlə söhbətimizə də elə bu məqamdan
başlayırıq.
-Hazırda filiallarımızın transformasiyası layihəsini reallaşdırırıq.
Bu, bütün xidmət şəbəkəsini əhatə edən geniş bir prosesdir. Layihə üzrə işlər mərhələli şəkildə aparılır və növbəti illərdə də
davam etdiriləcək.
Artıq bu ilin sonlarına doğru müştərilərimiz filiallarımızda bir sıra mühüm dəyişikliklər görəcəklər. Müxtəlif texnoloji həll və vasitələrdən istifadə edərək ilk növbədə xidmət prosesinin daha qısamüddətli və sürətli olmasını təmin edəcəyik. Bir sıra hallarda xidmət vaxtı hətta 2 dəfədən çox azaldılacaq. Müasir texnologiyalar, biznes proseslərinin optimallaşdırılması indi buna imkan verir.
-Məsələn, universal işçi layihəsinin tətbiqi.
Bu, fiziki şəxs müştərilərin ehtiyacına uyğun olaraq onlara bir masadan xidmət
göstərməyə imkan verir. Onlar yalnız bir mütəxəssisimizə
yaxınlaşmaqla maraqlandıqları bütün məsələlər üzrə ətraflı məlumat
əldə edəcək və Bankın
xidmətlərindən yararlana biləcəklər. Hazırda bildiyiniz kimi, müştərilərimiz müxtəlif
bank məhsulları üzrə ayrı-ayrı işçilərə müraciət etməli olurlar. Bu isə çox vaxt növbələrdə ciddi vaxt itkisinə gətirib çıxarır. Universal işçi layihəsi bu
problemi aradan qaldıracaq və müştərilərin vaxtına qənaət edəcək.
-Bu ildən etibarən 16 şöbəmiz
filiala çevrildi. Hazırda Bankımızın 53 filialı və 23 şöbəsi
var. Şöbələrin bazasında yeni filialların yaradılması prosesi isə
davam edir. Bu, bir tərəfdən mövcud resurslardan daha səmərəli istifadə niyyətindən irəli gəlir, digər tərəfdən də təmsil
olunduğumuz yerlərdə müştərilərin istək və ehtiyaclarına uyğun bütün xidmətləri təqdim etməyə
çalışırıq. İstəyirik ki, Azərbaycan Beynəlxalq Bankının bütün xidmət və məhsulları müştərilərimiz üçün rahat və əlçatan
olsun. Onlar təmsil olunduğumuz hər yerdə bu xidmət və məhsullardan asanlıqla faydalana bilsinlər.
-Yəqin
ki, müştərilər arasında nəsil dəyişikliyi
də hiss olunar...
-Təbii ki, bu da getdikcə daha çox özünü hiss etdirir. Müştəri seqmentləri fərqlidir. Yaş qrupuna, istək və ehtiyaclarına görə dəyişirlər. Ənənəvi xidmətə üstünlük verən müştərilər var ki, onlara canlı ünsiyyət daha rahat gəlir və daha böyük etimad yaradır. Gənc nəsil üçün rəqəmsal həllər və məsafədən xidmət daha cəlbedicidir. Amma bütün müştəriləri birləşdirən ümumi bir cəhət də var. Onlar Bankdan rahat, sürətli və keyfiyyətli, ehtiyaclarını tam istədikləri şəkildə qarşılaya biləcək, problemlərini çözə biləcək həllər gözləyirlər. Filiala daxil olandan, oranı tərk edənə qədər müşahidə etdikləri hər an onlarda müəyyən fikir və təəssürat formalaşdırır. Məsələn, kim qarşıladı, necə qarşıladı, məkanın rahatlığı, xidmətin səviyyəsi, proseslərin sürəti, texnoloji həllərin mövcudluğu və s. Bütün bunlar çox böyük rol oynayır və bankla müştəri arasında yeni təcrübələr formalaşdırır.
-Filiallara işçi qəbulu müxtəlif
kanallar vasitəsilə aparılır. Bankın internet saytı və sosial şəbəkələrdəki
korporativ səhifələri vasitəsilə işəqəbul üçün müraciətləri qəbul edib dəyərləndiririk. Bundan başqa, universitetlərlə müəyyən məzun proqramlarımız olur. Eyni
zamanda bizə lazım olan peşəkar kadrları əmək bazarından da axtarıb tapırıq.
-Biz öz biznes fəaliyyətimizi genişləndirmək
üçün daim yeni imkanların axtarışındayıq. Araşdırmalarımız göstərirdi
ki, müştərilərimizin ənənəvi bank xidmətlərindən əlavə müxtəlif investisiya alətlərinə də maraqları artır. Bunun özü sevindirici haldır. Çünki ölkəmizdə
insanlar indiyə qədər ənənəvi olaraq əsasən banklarda müddətli əmanətlər yerləşdirməyə üstünlük veriblər. Qiymətli kağızlara investisiyaların payı isə çox az olub. Bu baxımdan Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı
üçün böyük potensial var. Məsələn, maraqlı bir müqayisəni diqqətə çatdırım: bir çox Avropa ölkələrində əhalinin
pul yatırımlarında qiymətli kağızların payı, təxminən 30%-dir. Türkiyə və Rusiya kimi yaxın qonşularımızda
10%-dən çoxdur. Azərbaycandakı perspektiv bizi də yerli bazar üçün bu sahədə yeni,
maraqlı fürsətlərin yaradılmasına sövq etdi. Beləliklə, ABB İnvest şirkətinin
yaradılmasına qərar verildi. Ötən il ərzində bütün requlyativ tələblər yerinə yetirildikdən sonra şirkət
formalaşdırıldı. Yerli və xarici ölkələrin təcrübəsi, bazar araşdırmaları əsasında şirkətin 3 illik strateji planı tərtib olundu.
-ABB İnvest şirkəti Mərkəzi Bankın verdiyi lisenziya əsasında investisiya xidmətlərini
təmin edir. Hazırda həm pərakəndə, həm də korporativ müştərilərə
yerli bazarda ticarət olunan səhm və istiqrazlar üzrə xidmətin göstərilməsi üçün bütün lazımlı addımlar atılıb, təşkilati işlər
yekunlaşıb. Şirkətimiz korporativ müştərilərə səhm,
yaxud istiqrazların buraxılması ilə cəlb edilmiş vəsait hesabına öz bizneslərini genişləndirmək
imkanını təklif
edir. Bu istiqamətdə geniş müştəri
bazasından istifadə edərək, bazara yeni alətlər təklif etmək niyyətindəyik.
Ümumən, şirkətin yaxın illər üzrə bir sıra hədəfləri var. Əsas məqsədimiz peşəkar komanda ilə dayanıqlı şirkət formalaşdırmaqdır. Səhmdarlarımızın gözləntilərini doğrultmaqdır. Həm pərakəndə, həm də korporativ müştərilərimizin güvənli tərəfdaşı olmaqdır.
-İlham müəllim,
Bankın xidmət şəbəkəsinin inkişafı məqsədilə
hazırda hansı tədbirlər həyata
keçirilir?
Artıq bu ilin sonlarına doğru müştərilərimiz filiallarımızda bir sıra mühüm dəyişikliklər görəcəklər. Müxtəlif texnoloji həll və vasitələrdən istifadə edərək ilk növbədə xidmət prosesinin daha qısamüddətli və sürətli olmasını təmin edəcəyik. Bir sıra hallarda xidmət vaxtı hətta 2 dəfədən çox azaldılacaq. Müasir texnologiyalar, biznes proseslərinin optimallaşdırılması indi buna imkan verir.
Xidmət şəbəkəsinin inkişafında rəqəmsal transformasiya layihələrinin
rolunu xüsusi vurğulamaq istəyirəm. Bankımızın yeni mobil tətbiqinin yaradılması, internet
bankçılıq həllərinin inkişafı və tətbiqi müştəri sifarişlərinin, bank əməliyyatlarının məsafədən daha sürətli, rahat həyata keçirilməsi üçün gözəl şərait yaradır və bu istiqamətdə apardığımız işlərə çox kömək edir.
-Bu prosesdə həyata
keçirilən uğurlu tədbirlərdən biri kimi, nəyi nümunə göstərə bilərsiniz?
Bundan başqa, filiallarımızın xarici görünüşü və
daxilindəki xidmət şəraiti də dəyişir. Müştərilərimizin rahatlığı, yüksək məmnunluğu üçün əlavə imkanlar yaradılır. İlin sonuna
doğru müştərilərimiz bir neçə filialımızı yeni simada, yeni korporativ üslubda görəcəklər.
-Universallığı təmin
etməkdən ötrü filiallarınız necə
çalışır?
-Azərbaycan Beynəlxalq Bankı universal xidmətlər
göstərən bankdır. Filiallarımızda bütün müştəri seqmentləri
üçün xidmət və məhsullar təklif edilir. Yəni, bu gün müştərilərimizin yerli bazarda əldə etmək istədikləri elə bir bank məhsul və xidməti yoxdur ki, Azərbaycan
Beynəlxalq Bankının filiallarında onu təmin etmək
mümkün olmasın. Eyni zamanda, Bank sektordakı aparıcı mövqeyindən irəli gələrək
müasir trendləri həssaslıqla izləyir, onları ölkəmizə gətirərək müştərilərə təqdim etməyə çalışır.
-Son aylar Bankın şöbələrinin
filiallara çevrilməsi nə ilə bağlıdır?
Ayrıca elə regionlar, ucqar rayonlar var ki,
orada əhaliyə və regiondakı mövcud müəssisələrə xidmət göstərən maksimum iki-üç bankdan biriyik. Belə ərazilərdə xidmətlərimizin
tamlığı çox əhəmiyyətlidir. Ona görə bu ərazilərdəki şöbələrimizin filiala çevrilməsi xüsusi diqqət mərkəzindədir.
-Yeni filialların açılması, eləcə də mövcud
filialların müəyyən yerdəyişmələri planlaşdırılırmı?
-Biz xidmət ofislərimizin
müştərilər üçün daha uyğun və rahat lokasiyalarda yerləşməsində
maraqlıyıq. İstənilən yerdəyişmə, yaxud yeni filialın açılması qərarını da bu prizmadan dəyərləndiririk.
Önümüzdəki dövr üçün Bakı və bəzi regionlar üzrə belə planlarımız var. İşğaldan azad edilmiş
ərazilərimizdə də əhalinin
qayıdışı baş verdikcə, bank xidmət və məhsullarına ehtiyac artdıqca yeni filial və şöbələrimiz fəaliyyətə
başlayacaq. Vətən müharibəsindəki tarixi Qələbəmiz bütün vətəndaşlarımız kimi bizi də qürurlandırır. Düşməndən təmizlənmiş ərazilərimizin dirçəlişi
və inkişafında
bir dövlət bankı olaraq aktiv şəkildə iştirak etməyə hazırıq. Bu ərazilərdə
açılacaq yeni filiallarımızda müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərəcəyimiz günləri səbrsizliklə gözləyirik.
-Müasir dövrün müştərisi
bank filiallarını və şöbələrini necə görmək istəyir?
-Müasir dövrümüzdə vaxt
məfhumunun
dəyəri artıb.
Əlbəttə,
vaxt həmişə qiymətli olub, indiki dönəmdə isə insanlar bunu daha aydın dərk edir.
Ona görə də müştərilər bu gün bank xidmətlərinin daha sürətli, vaxt itirmədən və həm də rahat əldə olunmasını istəyirlər. Bank filial və şöbələrindən də əsas gözləntiləri, düşünürəm ki, budur.
-Təbii ki, bu da getdikcə daha çox özünü hiss etdirir. Müştəri seqmentləri fərqlidir. Yaş qrupuna, istək və ehtiyaclarına görə dəyişirlər. Ənənəvi xidmətə üstünlük verən müştərilər var ki, onlara canlı ünsiyyət daha rahat gəlir və daha böyük etimad yaradır. Gənc nəsil üçün rəqəmsal həllər və məsafədən xidmət daha cəlbedicidir. Amma bütün müştəriləri birləşdirən ümumi bir cəhət də var. Onlar Bankdan rahat, sürətli və keyfiyyətli, ehtiyaclarını tam istədikləri şəkildə qarşılaya biləcək, problemlərini çözə biləcək həllər gözləyirlər. Filiala daxil olandan, oranı tərk edənə qədər müşahidə etdikləri hər an onlarda müəyyən fikir və təəssürat formalaşdırır. Məsələn, kim qarşıladı, necə qarşıladı, məkanın rahatlığı, xidmətin səviyyəsi, proseslərin sürəti, texnoloji həllərin mövcudluğu və s. Bütün bunlar çox böyük rol oynayır və bankla müştəri arasında yeni təcrübələr formalaşdırır.
Biz də çalışırıq ki, müştəri məmnuniyyəti
üzrə ən yüksək göstəricilərə nail ola bilək. Yaxın illər üzrə əsas strateji hədəflərimizdən biri də elə budur.
-Necə
bilirsiniz, rəqəmsallaşma trendləri getdikcə bank
filiallarının sayını azaldacaqmı?
-Açığı, yaxın gələcək üçün belə bir
gözləntimiz yoxdur. Bankın bazardakı mövqeyi, xidmət
etdiyi müştəri qrupları, onların ehtiyacları, bankın əhatəlilik baxımından yerinə yetirdiyi
missiya yaxın gələcəkdə filialların sayının azaldılmasını nəzərdə tutmur. Əlbəttə, rəqəmsallaşma çox ciddi təsirləri
olan prosesdir. Formatı dəyişdirir, müştərilər üçün yeni imkanlar, həllər yaradır. Biz daha yuxarı yaş qruplarından olan
müştərilərimizin də rəqəmsal həllərdən geniş istifadə edə bilmələri üçün onlara dəstək oluruq. Məsafədən xidmət imkanlarından faydalanan yaşlı müştərilərimizin sayı getdikcə
artır. Amma filial şəbəkəsi də hələ mövcudluğunu qoruyacaq.
-Filiallara əməkdaşları
necə cəlb edirsiniz?
Ötən il filiallarımıza ciddi seçim prosedurlarından
keçərək qəbul edilmiş yeni əməkdaşların, təxminən, 34%-i universitetlərdən məzun olmuşdu. Bizə müraciət edərkən heç
bir iş təcrübələri yox idi. Özümüz onları qısa müddətdə peşəkar kadrlar kimi yetişdiririk. Bu,
Azərbaycan Beynəlxalq Bankının ölkəmiz üçün yeni bankir nəslinin yetişdirilməsinə töhfəsidir.
-Azərbaycan
Beynəlxalq Bankı ötən il ABB İnvest şirkətini
yaradıb. Bildiyimiz qədər, Siz bu şirkətin Müşahidə
Şurasının sədrisiniz. ABB İnvestin yaradılması hansı zərurətdən irəli gəldi?
Azərbaycanın ən böyük bankının törəmə şirkəti
olaraq ABB İnvest şirkətinin əsas məqsədi ölkənin kapital bazarının inkişafında əhəmiyyətli yer almaq və müştərilərə qeyri-ənənəvi maliyyə alətlərinə
investisiya imkanları yaratmaqdır.
-Hazırda şirkətin hansı
xidmətlərindən faydalanmaq olar?
Ümumən, şirkətin yaxın illər üzrə bir sıra hədəfləri var. Əsas məqsədimiz peşəkar komanda ilə dayanıqlı şirkət formalaşdırmaqdır. Səhmdarlarımızın gözləntilərini doğrultmaqdır. Həm pərakəndə, həm də korporativ müştərilərimizin güvənli tərəfdaşı olmaqdır.