Koronavirusa yoluxduğu üçün öldürülən pişik - FOTO

Dünya
15:30 / 23.04.2021
1159
Böyük Britaniyada koronavirusa yoluxan pişik iynə vurularaq öldürülüb.
Sfera.az xəbər verir ki, 4 aylıq pişiyə COVID-19 ev sahiblərindən keçib. Qısa müddətdə burun və gözündən maye gələn pişik daha sonra nəfəs almaqla bağlı problem yaşayıb.
Vəziyyəti ağırlaşan pişiyi iynə vasitəsilə yatızdırıb öldürüblər.
Qeyd edək ki, 2020-ci il koronavirusun ilk dalğasında Britaniyada iki ev heyvanında sözügedən xəstəlik aşkarlanmışdı. Mütəxəsssislər heyvanların xəstəliyi yüngül keçirdiyini desə də, heyvanların vəziyyəti sonradan pisləşmişdi.
İnci
Sfera.az