Rusiyanın Mərkəzi Bankı faizləri gözləniləndən çox artırdı

İqtisadiyyat
15:25 / 23.04.2021
1516
Rusiyanın Mərkəzi Bankı uçot dərəcəsini gözləniləndən çox artırıb. Qərara əsasən, faiz dərəcəsi 0,5 bənd artırılaraq 5 səviyyəsinə çatdırılıb.
Sfera.az "Bloomberg” saytına istinadən bildirir ki, proqnozlarda faiz dərəcəsinin 0,25 bənd artırılacağı gözlənilirdi.
Faiz dərəcəsinin artırılması Mərkəzi Bankın pul-kredit siyasətini sərtləşdirəcəyinin xəbərçisi ola bilər. Rusiyada inflyasiya səviyyəsinin yüksəlməsi, dövlət xərclərinin artması faiz dərəcələrinin də artırılmasını tələb edir. Əks təqdirdə Rusiyada qiymətlərin daha çox yüksəlməsi ehtimalı var.
"Bloomberg”in təxminlərinə görə Rusiya Mərkəzi Bankının faiz dərəcəsini il sonuna qədər daha 1,25 bənd artırması mümkündür. İlin sonunda Rusiyada uçot dərəcəsinin 6-6,5 faiz həddində olması mümkün görünür.
Vasif
Sfera.az