Dünyanın ən yüksək zirvəsində koronavirusa yoluxdu

Dünya
15:01 / 23.04.2021
1047
COVİD-19 dünyanın ən yüksək zirvəsinə çatıb.
Sfera.az bildirir ki, Himalay dağlarında yerləşən Everest zirvəsinə çıxan alpinistlərdən biri koronavirusa yoluxub.
8 gündür xəstəxanada müalicə alan norveçli alpinist Erlend Ness onunla birlikdə dağa çıxan bələdçinin də koronavirusa yoluxduğu deyib. "Virusa necə tutulduğumu bilmirəm. Yəqin ki, bu, Kumbu vadisindəki çayxanalardan birində olduğum zaman olub”, - deyə o bildirib.
Qeyd edək ki, bir ildir bağlı olan bölgə bir neçə həftə öncə alpinistlər üçün açılmışdı.
Türkan
Sfera.az