Ucuz kreditlər üçün Neft Fondunun vəsaitlərinə ehtiyac artır - ŞƏRH

12:08 / 23.04.2021
1463
Azərbaycanın
hazırkı iqtisadi vəziyyətində qeyri neft-qaz
sektorunun sürətli inkişafı
böyük əhəmiyyət kəsb edir. Çünki
əks təqdirdə davamlı iqtisadi böyüməni təmin etmək çətinləşəcək.
Neft sektoruna dair proqnozlar belə deməyə əsas
verir ki, bu sahə iqtisadi artıma hər hansı dəstək vermir, əksinə iqtisadi
böyümə imkanlarını məhdudlaşdırır. Son illərdə neft hasilatı azalır və qaz hasilatındakı
artım boşluğu doldura bilmir. Buna görə də davamlı və effektiv böyümə üçün qeyri
neft-qaz sektorunun inkişafı vacibdir.
Ümumi daxili məhsul (ÜDM) istehsalında baş verən dəyişikliklər
də bunu göstərir. Ötən il ÜDM istehsalı 4,3 faiz azalmasında neft-qaz sektoru əsas
rol oynadı. Burada geriləmə 7 faiz oldu ki, bu da qeyr neft-qaz sektorundakı
geriləmə sürətini 2 dəfə ötdü. Ötən il qeyri neft-qaz sektorunda geriləmə 2,6
faiz idi.
Qeyri neft-qaz sektorunun inkişına nail olmaq üçün
sahibkarlığın inkişafı olduqca əhəmiyyətlidir. Elə addımlar
atılmalıdır ki, sahibkarlığın inkişafı bütün sahələrdə baş versin və bu,
iqtisadiyyatda ümumi canlanmanı, aktivliyi təmin etsin.
Bu məqsədlə məhdudlaşdırıcı deyil,
genişləndirmə siyasətinə üstünlük verilməlidir. Monetar siyasət də daxil olmaqla mövcud
iqtisadi siyasət postpandemiya
və ya böhran dövrünə uyğunılaşdırılmalıdır. İndiki iqtisadi böhran
dövründə maliyyə təminatının gücləndirilməsi və bununla da real sektorda canlanmanın
yaradılması hökumət üçün ən vacıb prioritet olmalıdır.
Böhran bövründə sahibkarların üzləşdiyi
əsas çətinlik ucuz maliyyə mənbələrinə çıxış imkanlarıdır. Elə etmək lazımdır
ki, real sektor böyük dəyər yarada bilsin. Bunun üçünsə real sektorda yeni dəyər
yaradacaq genişlənmə fəaliyyətlərinin həyata keçirilməsinə ehtiyac var. Bu fəaliyyətlər
isə dövriyyəyə ucuz vəsait
daxil olmasını tələb edir ki, burada söhbət birbaşa müqayisəli
üstünlüyə malik olan sektorlarda çalışan sahibkarlara çox aşağı faizli və uzun
müddətli kreditlərin verilməsindən gedir. Sahibkar illik maksimum 2-3 faizlə 7-10 il müddətinə şəffaf
şəkildə kredit almaq imkanına malik olmalıdır ki, ixrac edilə biləcək məhsul
istehsal edə bilsin.
Ucuz vəsaitlərin əldə edilməsi üçün yeganə mənbə Dövlət
Neft Fondunun aktivləridir. Dövlət Neft Fondunun mövcud aktivlərinin bir hissəsini
banklar vasitəsi ilə sahibkarlıq subyektlərinə şəffaf şəkildə və heç bir baryer
olmadan ucuz kredit şəklində verilməlidir.
Vasif