Azərbaycana gələn turistlərin sayında azalma – Deputat çıxış yollarından yazdı

11:01 / 23.04.2021
1620
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu
ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Həmin
müddətdə Azərbaycana 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
4,4 dəfə xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə
gəliblər.
Sfera.az-ın məlumatına görə, bununla bağlıdeputat Vüqar Bayramov qeyd edib ki, COVİD- 19 pandemiyasının aktiv olduğu
dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi:
"Bununla belə, yeni turizm mövsümünün
başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlə bağlı sərt
qaydaların dəyişdirilməsinə ehtiyac var. Əgər icazə verilən meyarlara uyğun gəlməyən
əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi
varsa, ölkəmizə daxil ola bilməz.
Halbuki test nəticələri neqativ olan əcnəblilərin
potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin
səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır”.
Deputat xatırladıb ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə
akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları
və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı
övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti
və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil
alan əcnəbi tələbələr gələ bilər.
Qeyd edək ki, rəsmi statistikaya görə, ötən
ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin
sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan
- 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük
Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan
- 1,6 dəfə azalıb.